Bərdədə mağazadan oğurluq
Bizi izləyin

Hadisə

Bərdədə mağazadan oğurluq

Bərdə rayonunda mağazadan oğurluq hadisəsi baş verib.

Rayonun Mustafaağalı kənd sakini rayon Polis şöbəsinə müraciət edərək, ona məxsus mağazadan 170 manat pul və noutbukun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə məlumat verib.

Polis şöbəsi tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakini Ramil Qazıyev saxlanılıb. İlkin dindirmə zamanı R.Qazıyev oğurluq hadisəsi səmimi etiraf edərək, törətdiyi işdən peşmançılıq çəkdiyini deyib.

Faktla bağlı rayon Polis şöbəsində cinayət işi başlanıb araşdırma aparılır./report

Oxumağa davam et
Reklam
Reklam

Gündəm