Kəmaləddin Heydərov: "Əks halda hadisənin qarşısını almaq çox çətin olardı"
Bizi izləyin

Hadisə

Kəmaləddin Heydərov: "Əks halda hadisənin qarşısını almaq çox çətin olardı"

Yanğının qonşuluqdakı tikililərə keçməsinin qarşısı alınıb.

Publika.az-ın xəbərinə görə, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov Bakının Nizami rayonunda ticarət və digər təyinatlı obyektlərin olduğu ərazidə baş vermiş yanğınla bağlı jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, ticarət mərkəzindəki yanğının qonşuluqdakı tikililərə keçməsinə imkan verilməyib, əks halda hadisənin qarşısını almaq çox çətin olardı: "Çünki ticarət mərkəzinin binasının bayır hissəsinin üzləndiyi alkopon materiallar yanan maddələrdir".

K.Heydərov bildirib ki, yanğın artıq məhdudlaşdırılır.

***

Paytaxtın Nizami rayonu ərazisindəki "Diqlas" ticarət mərkəzində yanğın davam edir.

Publika.az-ın məlumatına görə, hadisə yerinə fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov gəlib.

Hazırda yanğının söndürülməsi ilə bağlı tədbirlər davam etdirilir.

Xatırladaq ki, bu gün səhər saatlarında paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində "Diqlas" Ticarət Mərkəzində güclü yanğın baş verib.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadaları və helikopterlər cəlb eilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm