Yanğınla bağlı iki sahibkarın səhhəti pisləşdi, 4 nəfər... - RƏSMİ
Bizi izləyin

Hadisə

Yanğınla bağlı iki sahibkarın səhhəti pisləşdi, 4 nəfər... - RƏSMİ

Bakıda "Diqlas" ticarət mərkəzində baş vermiş yanğınla bağlı iki sahibkarın səhhəti pisləşib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov Trend-ə bildirib ki, hadisə yerinə göndərilən təcili tibbi yardım briqadaları daha 4 nəfərə ilkin tibbi yardım göstərib:

"Onlardan 2 nəfər Fövqəladə Hallar Nazirliyinin əməkdaşıdır, iki nəfər isə sahibkardır. Malları yanan sahibkarlardan ikisinin səhhətində problem yaranıb və təcili tibbi yardım briqadası dərhal həmin şəxslərə yerində yardım göstərib. Bir FHN əməkdaşı isə sağ əlin kəsilmiş yarası ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib".

Xatırladaq ki, bu gün səhər saatlarında paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində "Diqlas" Ticarət Mərkəzində güclü yanğın baş verib.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadaları və helikopterlər cəlb edilib.

Yanğın davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm