“Diqlas”dakı yanğının söndürülməsinə cəlb edilən mülki şəxslər kimlərdir? - FHN AÇIQLADI
Bizi izləyin

Hadisə

“Diqlas”dakı yanğının söndürülməsinə cəlb edilən mülki şəxslər kimlərdir? - FHN AÇIQLADI

Bu gün bəzi sosial şəbəkə səhifələrində "Diqlas" Ticarət Mərkəzindəki yanğının söndürülməsində mülki şəxslərin də iştirak etməsi ilə bağlı videogörüntülər yayılıb.

Publika.az-a FHN-in mətbuat xidmətinin rəhbəri Yəhya Babanlının verdiyi məlumata görə, əslində sözügedən mülki şəxslər FHN-nin işçiləri olub.

FHN-nin məlumatında qeyd edilir ki, həmin görüntülərdəki mülki geyimli şəxslər əslində FHN-nin DYMX-nin yanğınsöndürənləridir, bu gün onların istirahət günləri olmasına baxmayaraq, hadisə yerinə yaxınlıqda yaşadıqlarından öz həmkarlarına kömək məqsədi ilə əraziyə gəliblər.

FHN bir daha sosial şəbəkə istifadəçilərindən xahiş edir ki, dəqiqləşdirilməyən qərəzli şəkildə yayılan bu kimi video və ya məlumatlara deyil, nazirliyin rəsmi mövqeyinə istinad edilsin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm