"Diqlas"dakı yanğınla bağlı cinayət işi başlandı
Bizi izləyin

Hadisə

"Diqlas"dakı yanğınla bağlı cinayət işi başlandı

"Diqlas" ticarət mərkəzində baş verən yanğınla bağlı cinayət işi başlanıb.

Fövqəladə Hallar Nazirliyindən REAL-a verilən məlumata görə, faktla bağlı nazirliyin əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozama – ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, martın 26-da paytaxtın Nizami rayonu ərazisindəki "Diqlas" ticarət mərkəzində güclü yanğın olub. Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, yanğın zamanı ümumilikdə 11 nəfər xəsarət alıb. Xəsarət alanlardan 8 nəfər Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı, 2 nəfər mühafizə xidmətinin əməkdaşı, 1 nəfər isə sıravi işçi olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm