Həmkəndlisini silahla hədələdi
Bizi izləyin

Hadisə

Həmkəndlisini silahla hədələdi

Zaqatala sakini həmkəndlisini silahla hədələyib.

Publlika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Zaqatala Rayon Polis Şöbəsinə müraciət edən Aşağı Çardaxlar kənd sakini Ş.Mamayev martın 28-də kənd ərazisində qonşusu F.Qurbanovun onu ov tüfəngi ilə hədələdiyini bildirib.

Polis əməkdaşlarının müraciətlə əlaqədar keçirdikləri tədbirlərlə F.Qurbanov saxlanılıb. Saxlanılarkən onun sərxoş halda olması müəyyən edilib. F.Qurbanovun yaşadığı evə baxış zamanı müvafiq sənədləri olan “İJ-58” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm