Bakıda evdən 50 min manatlıq qızıl oğurlandı
Bizi izləyin

Hadisə

Bakıda evdən 50 min manatlıq qızıl oğurlandı

Bakıda evdən külli miqdarda qızıl və pul oğurlanıb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə paytaxtın Xətai rayonu, R.Əliyev küçəsi 8 ünvanında qeydə alınıb. Rəna Məmmədovaya məxsus evdən 50 min manat dəyərində qızıl, 60 min rus rublu və 200 manat naməlum şəraitdə oğurlanıb. Nəticədə ev sahibəsinə 53 manatlıq ziyan dəyib.

Faktla bağlı Xətai rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanıb.

Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. (xezerxeber.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm