• USD 1,7000 0,00% EUR 1,8782 -0,34%
    • GBP 2,2307 -0,05% RUB 0,0275 0,00%
election

Azərbaycanlı politoloqun evi qarət edildi

  • Hadisə
  • 30 Mart 2019 20:39
  • 913 Baxış
Azərbaycanlı politoloqun evi qarət edildi

Politoloq Nəzakət Məmmədovanın yaşadığı mənzildən oğurluq olub.

Publika.az xəbər verir ki, martın 29-da politoloqun Səbail rayonu, Bayıl qəsəbəsindəki evindən iki ədəd noutbuk, mobil telefon və televizor oğurlanıb.

Politoloq bununla bağlı polis idarəsinə ərizə ilə müraciət etdiyini deyib:

"Dostlar, dünən evimdən oğurluq olub. Amma nə hikmətsə, evdən ancaq informasiya mənbələri olan iki noutbuk, mobil telefonum və televizor oğurlanıb. Maraqlı olan iki məsələ var - ev alt-üst edilməyib, görmüşük ki, evə oğru gələndə evi ələk-vələk edib qızıl, pul, zinyət əşyaları axtarır. Amma bizim bu oğru "humanist" oğru olub. Ancaq informasiya mənbələrini aparıb. Görünür, kimlərəsə mənim siyasi fəaliyyətim sərf etmir, son dövrdəki açıqlamalarım kimlərisə, müəyyən dairələri narahat etməyə başlayıb və mən bunu bir xəbərdarlıq kimi qəbul edirəm. Düşünürəm ki, məqsəd heç də əmlak qarət etmək yox, mənə xəbərdarlıq olubdur. Bu, sıradan oğurluq hadisəsi deyil, mən özümün və övladımın həyatına ciddi təhlükə olduğunu düşünürəm. Bu o deməkdir ki, bu gün evə girib nəsə oğurlamışıqsa, sabah səni bir göz qırpımında öldürə bilərik. Mən dövlətimə inanıram, Prezidentimizə inanıram və hesab edirəm ki, bunu edənlər tapılaraq sifarişçilərin hərəkətinə qiymət veriləcəkdir. Artıq polis araşdırma aparır".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR