Bakıda dəhşətli qəza – Ölən və yaralanan var
Bizi izləyin

Hadisə

Bakıda dəhşətli qəza – Ölən və yaralanan var

Bakıda daha bir ağır yol qəzası qeydə alınıb.

Publika.az xəbər verir ki, Qaradağ rayonu ərazisində - Bakı-Ələt magistral yolunun 40-cı kilometrliyində “VAZ 21099” və “Mercedes” markalı iki minik avtomobili toqquşub.

Qəza nəticəsində “VAZ 21099”da olan Babayev Əlibala İbrahim oğlu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Daha bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm