Gəncədə fəhlə bədbəxt hadisə nəticəsində öldü
Bizi izləyin

Hadisə

Gəncədə fəhlə bədbəxt hadisə nəticəsində öldü

Gəncə şəhərində fəhlə bədbəxt hadisə nəticəsində ölüb.

Publika.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Comərt Qəssab türbəsinin yaxınlığında baş verib.

Belə ki, 1969-cu il təvəllüdlü İlham Rza oğlu İsgəndərov həmin ərazidə olan Gəncə çayında "ZİL" markalı yük maşınına daş yığan zaman qəflətən torpaq uçub və xırda daş və torpaq kütləsinin altında qalaraq ölüb.

Meyit tibbi ekspertizaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm