FHN Sumqayıtda 5 nəfəri xilas etdi
Bizi izləyin

Hadisə

FHN Sumqayıtda 5 nəfəri xilas etdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində biri azyaşlı olmaqla 5 nəfər giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.

FHN-dən Publika.az-a verilən məlumata görə, çağırış ünvanına cəlb olunan Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısının açılmasını təmin ediblər.

Əməliyyat başa çatıb

Oxumağa davam et
Reklam
Reklam

Gündəm