Qubada su kanalından meyit tapıldı
Bizi izləyin

Hadisə

Qubada su kanalından meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Quba rayonunun İkinci Nügədi kəndində 1984-cü il təvəllüdlü Qubadov Nemət Şıxverdi oğlunun naməlum şəraitdə su kanalına düşməsi barədə məlumat daxil olub.

Publika.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. Həyata keçirilən birgə tədbirlər nəticəsində N.Qubadovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm