Özünü məktəb binasından atan 14 yaşlı qız öldü
Bizi izləyin

Hadisə

Özünü məktəb binasından atan 14 yaşlı qız öldü

Aprelin 4-də intihar məqsədilə təhsil aldığı 162 saylı məktəbin 3-cü mərtəbədən özünü atan 14 yaşlı Elena Hacıyeva bu gün dünyasını dəyişib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, müştərək kəllə-beyin travması, döş qəfəsi və qarının küt travması, hər iki ağciyərin əzilməsi, sağ 4-cü qabırğanın sınığı, 5-ci döş fəqərəsinin kompressiv sınığı, 9, 10 və 11-ci döş fəqərələrinin hündürlük səviyyələrinin azalması, çanaqların sınığı, travmatik, spinal şok diaqnozu qoyulmuşdu.

Hadisədən dərhal sonra Klinik Tibbi Mərkəzə yerləşdirilən qızın vəziyyəti ağır olub, dünəndən isə bir az da pisləşib. Bu gün isə dünyasını dəyişib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm