Gömrükçülər mobil telefonlar, aksesuarları və kosmetik vasitələr aşkarladı - FOTO
Bizi izləyin

Hadisə

Gömrükçülər mobil telefonlar, aksesuarları və kosmetik vasitələr aşkarladı - FOTO

Gömrükçülər mobil telefonlar, aksesuarları və kosmetik vasitələr aşkar ediblər.

Publika.az-a Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən verilən məlumata görə, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olmuş məlumat əsasında Rusiya istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz 21074" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin tavan hissəsində olan boşluqdan 3 ədəd "Samsung Galaxy A30" markalı mobil telefon, cihaz panelində olan boşluqdan isə bir ədəd "Xiaomi Mi8 lite" markalı mobil telefon, 3 ədəd "Samsung" markalı USB kabel, 2 ədəd "Samsung" markalı "qulaqlıq", 3 ədəd "Samsung" markalı qidalandırıcı başlığı, bir ədəd "Samsung Galaxy A30" markalı mobil telefon üçün qutu və 2 ədəd 2 millilitrlik şprislərdə "Profhilo" adlı inyeksion kosmetik vasitə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm