Ruslar Şamaxıda ağır qəzaya düşdü - 6 yaralı
Bizi izləyin

Hadisə

Ruslar Şamaxıda ağır qəzaya düşdü - 6 yaralı

Şamaxı rayonunda yol qəzası baş verib.

Publika.az "Report"a istinadən xəbər verir ki, hadisə aprelin 6-da günorta saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 119-cu kilometrliyində, Şamaxı rayonu ərazisində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Qeyd edək ki, xəsarət alanlardan ikisi Rusiya vətəndaşıdır.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm