Avtomobillə 3 qızı vurdu - ŞƏKİDƏ
Bizi izləyin

Hadisə

Avtomobillə 3 qızı vurdu - ŞƏKİDƏ

Şəki rayonunda 3 nəfər yeniyetmə qızın yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə axşam saatlarında şəhər ərazisində baş verib.

Belə ki, Şəki sakini Elgiz Hümbətov idarə etdiyi "VAZ-21010" markalı avtomobillə hərəkətdə olarkən,yolu keçmək istəyən Şəki sakinləri-2002-ci il təvəllüdlü Süsəngül Şəmsəddin qızı İslamova, 2001-ci il təvəllüdlü Nazənin Rafik qızı Musayeva və 2002-ci il təvəllüdlü Türkanə Tərlan qızı Məmədovanı vurub.

Qəza nəticəsində xəsarət alan hər üç şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 17 yaşlı S.İslamova və T.Məmmədovaya ilkin yardım göstərildikdən sonra onlar evə buraxılıb.18 yaşlı N.Musayeva isə cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-stabildir.

Piyadaları vuran E.Hümbətov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm