Hadisə
Bakının daha bir məktəbində FACİƏ - Bir şagird ÖLDÜ, İKİSİ İSƏ...
Bakıdakı 123 nömrəli tam orta məktəb şagirdin ölüm hadisəsi ilə bağlı açıqlama verib.
Publika.az xəbər verir ki, məktəbdən "Report"a daxil olan açıqlamada qeyd olunur ki, bu il fevralın 21-də təxminən saat 12:00 radələrində məktəbin stadionunda futbol oynayan XI b sinif şagirdi Lətifov İlkin Mehman oğlu yıxılıb. Bir qədər sonra özünü pis hiss etdiyini bildirən şagird sinif yoldaşlarının köməyi ilə məktəbin tədris binasına gətirilib.
Məktəbdə tibb bacısının müayinəsindən sonra dərhal təcili tibbi yardım çağırılıb və şagird qapalı kəllə-beyin travması diaqnozu ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Şagirdin daxili orqanlarında qanaxma olması və əməliyyat olunacağı barədə məlumat dərhal valideynlərinə verilib. Məktəb kollektivi tərəfindən şagirdin ailəsinə maddi yardım da göstərilib.
Martın 15-də şagirdin vəfat etdiyi barədə məlumat verilib. Ölüm xəbərindən sonra isə mərhumun sinif yoldaşları ilə zarafatlaşarkən xəsarət aldığı məlum olub. Nəticədə məktəbin 2 nəfər şagirdi şübhəli qismində nəzarətə götürülüb.
Məktəb rəhbərliyi şagirdin ailə üzvlərinə başsağlığı verib.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır.
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ