FHN torpaq altında qalan "Azərsu"nun əməkdaşlarını xilas etdi - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

FHN torpaq altında qalan "Azərsu"nun əməkdaşlarını xilas etdi - YENİLƏNDİ

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ucar rayonunda yeraltı su xətlərində təmir işləri aparılan zaman yaranan uçqun nəticəsində iki nəfərin palçıq kütləsinin altında qalması barədə məlumat daxil olub.

Publika.az FHN-dən bildiriblər ki, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb edilib. Görülən tədbirlər nəticəsində iki nəfər xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

***

Ucar rayonunda torpaq uçqunu olub.

Publika.az "Report"a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ucar şəhərinin mərkəzində qeydə alınıb.

Uçqun "Azərsu" ASC tərəfindən qazıntı işləri aparılan zaman baş verib.

Nəticədə 2 nəfər uçqun altında qalıb. Onlar torpağın altından çıxarılaraq Ucar Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

"Azərsu" ASC Ucar rayonunda təmir işləri zamanı baş verən uçqun nəticəsində iki əməkdaşının palçıq kütləsinin altında qalmasını təsdiqləyib.

Qurumun Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, Ucar şəhərində kanalizasiya xəttində qəza aradan qaldırılarkən baş vermiş torpaq uçqunu zamanı 2 əməkdaş xəsarət alıb: "Onların həyatı üçün təhlükə yoxdur. Vilnur Sadıqov adlı əməkdaşımız hazırda Ucar Rayon Mərkəzi Xəstəxanasında müayinə olunur".

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm