Azərbaycanda 2 nəfər maşının altında qalıb öldü - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Azərbaycanda 2 nəfər maşının altında qalıb öldü - YENİLƏNDİ

Daxili İşlər Nazirliyi ötən gün baş vermiş yol qəzaları ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 10-da saat 21 radələrində Goranboy rayonunun Borsunlu kəndi ərazisində rayon sakini M.Mədətov idarə etdiyi “Cherry” markalı avtomobillə yolu keçən 35-40 yaşlı kişini vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bundan başqa dünən saat 23 radələrində Şəki şəhərinin M.Ə.Rəsulzadə küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Oqtay Abdurəhimov vurulub və nəticədə piyada hadisə yerində ölüb.

Şəki ŞRPŞ tərəfindən araşdırma aparılır.

*****

9:29

Dünən Şəkidə ölümlə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, Şəki şəhər Osmanov küçəsində naməlum avtomobil 45-50 yaşlı kişini vurub. Hadisə gecə saat 23 radələrində baş verib və qəzanı törədən sürücü nəqliyyat vasitəsi ilə birgə ərazidən uzaqlaşıb. Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Oxşar hadisə dünən gecə Goranboy rayonunda da qeydə alınıb.

Bakı-Qazax magistralının Goranboyun Nadirkənd kəndi ərazisindən keçən hissəsində "Cherry” markalı avtomobil 40-45 yaşlı kişini vurub. Piyada hadisə yerində vəfat edib.

Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm