Elinanın intiharı ilə bağlı ŞOK FAKTLAR - FOTO
Bizi izləyin

Hadisə

Elinanın intiharı ilə bağlı ŞOK FAKTLAR - FOTO

Aprelin 4-də Səbail rayon 162 saylı orta məktəbin 3-cü mərtəbəsindən özünü atan və yerləşdirildiyi xəstəxanada vəfat edən 14 yaşlı Elinanın intiharı ilə bağlı cinayət işinin istintaqı davam etdirilir.

Publika.az xəbər verir ki, istintaq prosesi çərçivəsində xeyli şəxsin ifadəsi alınıb. Onlardan bəziləri birbaşa istintaqa cəlb edilib ki, bu şəxslər arasında Elinanın yaxın dostu, məktəbin 11-ci sinif şagirdi Hüseyn Namazov da var.

İlkin araşdırmalar zamanı yeniyetmə qızın həmin şəxslə xeyli müddət münasibətinin olması, birgə əyləncə yerlərinə getməsi və sair nüanslar dəqiqləşərək materiallar toplanıb. H.Namazov istintaqa cəlb edilərək ifadəsi alınıb.

Araşdırma prosesi zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi, yeniyetmələrə narkotik vasitələrin hansı yollarla ötürülməsi iddiaları da müvafiq qaydada araşdırılır.

Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm