Mağazadan oğurluq edən qadın tutuldu
Bizi izləyin

Hadisə

Mağazadan oğurluq edən qadın tutuldu

Bakıda oğurluq etmiş qadın tutulub.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, aprelin 9-da saat 18 radələrində Xətai rayonunun M.Hadi küçəsindəki mağazaların birindən Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gəliblər. Oradan geyim əşyaları oğurlamış paytaxt sakini Y.Balabanova polis əməkdaşları tərəfindən saxlanılıb və 34-cü Polis Şöbəsinə təhvil verilib.

Araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm