FHN 31 yaşlı kişinin axtarışına başladı
Bizi izləyin

Hadisə

FHN 31 yaşlı kişinin axtarışına başladı

Fövqəladə Hallar Nazirliyi Sabirabadda itkin düşmüş şəxsin axtarışına başlayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə Sabirabad rayonunun Qalağayın kəndində su kanalına düşdüyü ehtimal olunan 1986-cı il təvəllüdlü Əliyev Sarvan Zabit oğlunun axtarışlarının aparılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.​

Oxumağa davam et
Reklam
Reklam

Gündəm