Neftçalada ŞOK: toy günündə evi yandı
Bizi izləyin

Hadisə

Neftçalada ŞOK: toy günündə evi yandı

Neftçala rayonunda yanğın hadisəsi baş verib.

Publika.az "Report"a istinadən xəbər verir ki, hadisə Qaçaqkənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Rahim Muradova məxsus ev qəfildən yanmağa başlayıb. Ailənin qızının toy mərasimi olduğundan hadisə zaman evdə heç kim olmayıb.

Yanğın kənd sakinlərinin və FHN-nin yerli şöbəsinin əməkdaşlarının köməyi ilə söndürülüb, alovun yarımtikiliyə və ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm