Hadisə
Bakıda DƏHŞƏT – İki qardaş eyni gündə öldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
Dünən Bakı şəhər Xətai rayonu Babək prospektində yerləşən mənzildə meyiti tapılan 1979-cu il təvəllüdlü Yuriy Məhərrəmov və qardaşı, 1975-ci ildə anadan olmuş Aleksandr Məhərrəmovun yüksək dozalı narkotikdən öldüyü məlum olub.
Publika.az xəbər verir ki, ilkin araşdırmalar zamanı hər iki şəxsin yeni əldə etdiyi maye formalı yüksək dozalı narkotiki qəbul etməsi nəticəsində vəfat etdiyi dəqiqləşib.
İki qardaşı intihar məqsədi ilə qəsdən yüksək dozada narkotik qəbul etməsi və ya ehtiyatsızlıq səbəbindən ölməsi hələlik tam dəqiqləşməyib.
Bildirilir ki, dünən gecə iki qardaşın olduğu otağa daxil olan onların bacısı oğlu hər iki şəxsin öldüyünü görərək anasına xəbər verib. Qadın təcili tibbi yardıma müraciət etsə də, artıq gec olub.
Ölən şəxslərin yanından şpris tapılıb.
Faktla bağlı araşdırmalara başlanılıb, ölüm səbəbinin dəqiqləşməsi üçün ekspertiza təyin edilib.
*****
10:12
Bakıda 2 qardaşın meyiti tapılıb.
Publika.az xəbər verir ki, Xətai rayonu Babək prospektində yerləşn binada yaşayan 1979-cu il təvəllüdlü Yuriy Məhərrəmov və 1975-ci ildə anadan olmuş Aleksandr Məhərrəmovun meyiti aşkarlanıb.
İki qardaşın olduğu otağa daxil olan onların bacısı oğlu hər iki şəxsin öldüyünü görərək anasına xəbər verib. Qadın təcili tibbi yardıma müraciət etsə də, artıq gec olub.
Faktla bağlı araşdırmalara başlanılıb, ölüm səbəbinin dəqiqləşməsi üçün ekspertiza təyin edilib.
-
Art19:36
Azərbaycan və Türkiyə birgə film çəkəcəklər - ADI AÇIQLANDI
-
Elm və təhsil19:12
Emin Əmrullayev ona VƏZİFƏ VERDİ
-
Kriminal18:12
Tulin Ələkbərovanın sevgilisi tərəfindən döyülməsi faktı araşdırıldı: nəticə... - VİDEO
-
Kriminal17:32
Faciəvi şəkildə ölən tələbənin ailəsi məhkəməyə getməkdən imtina etdi - FOTO
-
Nida Təhlil 17:11
İrəvan “Krokus”la bağlı bəyanatı rədd etdi: Kreml necə cəzalandıracaq?
-
Sosial16:58
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
-
Sosial16:36
Azərbaycanda sayğaclar ikiqat hesablayır - ŞOK İDDİA
-
Sosial16:08
Əli Əsədov yeni qərar imzaladı