Bakıda evdən pul və qızıl əşyalar oğurlandı
Bizi izləyin

Hadisə

Bakıda evdən pul və qızıl əşyalar oğurlandı

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini M.Qasımova 2-ci Alatava yaşayış sahəsindəki evindən 700 manat pulunun və 800 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Publika.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Quluzadə polis əməkdaşları tərəfindən saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun aprelin 7-nə keçən gecə 2-ci Alatava yaşayış sahəsindəki digər bir evdən mobil telefon oğurlaması da müəyyən edilib.

Araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm