• USD 1,7000 0,00% EUR 1,8782 0,00%
    • GBP 2,2307 0,00% RUB 0,0275 0,00%
election

Nardaranda əl qumbarası tapıldı

Nardaranda əl qumbarası tapıldı

Aprelin 13-də Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində 1 ədəd əl qumbarası və çoxlu sayda patron tapılıb.

Publika.az xəbər verir ki, daxil olan məlumata əsasən, ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib və yuxarıda adı qeyd olunmuş ərazidə dəniz sahilinə baxış keçirilib.

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd RQD-5 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 14 ədəd 5.45 mm-lik patron və 1 ədəd AK-74 avtomatının darağı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Hərbi təyinatlı obyektlərin ətrafında 2,500 kv.m əraziyə yerüstü, 20 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR