Neftçalada ata oğlunu xəstəxanalıq etdi
Bizi izləyin

Hadisə

Neftçalada ata oğlunu xəstəxanalıq etdi

Bu gün axşam saatlarında Neftçala rayonunun Yuxarı Qaramanlı kəndində ata oğluna xəsarət yetirib.

“Kənd sakini Sakit Kazımov mübahisə zəminində bel ilə 1991-ci il təvəllüdlü oğlu Zahid Kazımovun baş nahiyəsinə zərbə endirib.

Yaralı Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstənin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır./report

Oxumağa davam et
Reklam
Reklam

Gündəm