Hadisə
Azərbaycanda güclü partlayış - Xəsarət alan var
Şəki şəhərində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 38 m² olan 1 otaqlı mənzildə yanğınla nəticələnən partlayış baş verib.
Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın nəticəsində mənzilin yanar konsturksiyaları 25 m² sahədə və ev əşyaları qismən yanıb, yüksək temperaturdan eyvanın lambirindən ibarət tavanı 7 m² sahədə qarsalanıb. Partlayış dalğasının təsirindən eyvanın pəncərə çərçivəsi dağılıb.
Hadisə zamanı 1 nəfər xəsarət alıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ