• USD 1,7000 0,00% EUR 1,8968 -0,53%
    • GBP 2,1937 -0,26% RUB 0,0264 -1,14%

"Bizim market"lərin sahibinin ölüm xəbəri YALAN ÇIXDI

  • Hadisə
  • 15 Aprel 2019 16:10
  • 4 543 Baxış
"Bizim market"lərin sahibinin ölüm xəbəri YALAN ÇIXDI

“Bizim Market” mağazalar şəbəkəsinin və köhnə “Maşın bazarı”nın sahibi kimi tanınan iş adamı Rasim Salmanovun ölüm xəbəri təsdiqini tapmayıb.

R.Salmanovun rəhbərlik etdiyi "Bizim Market"lər şəbəkəsinin ofisindən Publika.az-a bildirilib ki, iş adamı vəfat etməyib.

O da məlum olub ki, son vaxtlar R.Salmanovun səhhətində problemlər yaranıb.

*****

14:16

“Bizim Market” mağazalar şəbəkəsinin və köhnə “Maşın bazarı”nın sahibi kimi tanınan iş adamı Rasim Salmanov bu gecə qəflətən vəfat edib.

İş adamının ölüm səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, qalmaqllı iş adamı olan Rasim Salmanov “Bizim market” mağazalar şəbəkəsi ilə yanaşı, “Zövq İnşaat” tikinti şirkətinin, “Zövq İnşaat” plastik qapı-pəncərə istehsal müəssisəsinin, “Bakı”, “San Remo” və “Nilufər” şadlıq saraylarının, Babək prospektində yerləşən “Audi Bakı Mərkəzi”nin, “Cadillac Bakı Mərkəzi”nin və “Kilim mebel” salonunun sahibi idi.(Azpolitika)

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR