Hamının gözləri önündə öldürdülər: şəhərin mərkəzində ATIŞMANIN ANBAAN GÖRÜNTÜLƏRİ - FOTO/VİDEO
Bizi izləyin

Hadisə

Hamının gözləri önündə öldürdülər: şəhərin mərkəzində ATIŞMANIN ANBAAN GÖRÜNTÜLƏRİ - FOTO/VİDEO

Türkiyənin Sultanbəyli rayonunda ötən gecə baş verən cinayətin anbaan görüntüləri yayılıb.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Abdurrahmangazi məhəlləsində M.E. (17) və M.C.G. (17) adlı kişilər ilə M.K. və B.M. arasında borc üstündə yaranan mübahisə silahlı qarşıdurma ilə nəticələnib.

Məlumata görə, M.E. ilə M.C.G-nin silahla atəş açması nəticəsində M.K. və B.M. yaralanıb. Xəstəxanaya çatdırılan M.K-nın həyatını xilas etmək mümkün olmayıb. B.M-nın müalicəsi isə davam edir.

Şübhəlilər hadisədən sonra polisə təslim olub.

Hadisə anı vətəndaşlar tərəfindən mobil telefonla kameraya çəkilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm