Hadisə
Bakıda valideyn uşağını xəstəxanalıq etdi
Bakının Yasamal rayonu ərazisində yerləşən 158 saylı tam orta məktəbdə təhsil alan şagirdlərdən biri valideyn zorakılığı nəticəsində xəstəxanaya yerləşdirilib.
Publika.az xəbər verir ki, məktəbdən "Report"a verilən məlumata görə, bir nəfər ibtidai sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) 15.04.2019-cu il tarixdə müəllimlərdən birinə müraciət edərək ayaqlarının ağrıdığını bildirib.
Şagirdin bədəninə baxış keçirilən zaman müəyyən edilib ki, onun hər iki ayağının yuxarı nahiyəsində çoxsaylı göyərmələr var. Uşaqla aidiyyəti şəxslərin iştirakı ilə söhbət aparılıb. Uşaq bildirib ki, evdə atası tərəfindən döyülüb və bu səbəbdən xəsarətlər alıb.
Uşağın müayinəsi məqsədilə təcili-tibbi yardıma müraciət olunmuş və azyaşlı xəstəxanada həkim nəzarətindən keçirilib.
Operativ olaraq faktın araşdırılması və zəruri qanuni tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına və Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyaya müraciət olunub.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma aparılır.
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...
-
Nida Xəbər 10:16
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - SİYAHI
-
Qarabağ 10:06
Araikin efirə getməyən müsahibəsi haqda sensasiyalı iddia: Nikol dərhal nə edib?
-
MDB09:45
Rusiya bu ərazidə nüvə silahı yerləşdirib - Şok iddia
-
Nəqliyyat08:25
Bakının bu yollarında tıxac var - SİYAHI