"VAZ" "Mercedes"lə toqquşdu: ölən və yaralanan var
Bizi izləyin

Hadisə

"VAZ" "Mercedes"lə toqquşdu: ölən və yaralanan var

Abşeron rayonunda ağır yol qəzası baş verib.

Hadisə Qaradağ rayonu, Qobu qəsəbəsində qeydə alınıb.

Qaradağ rayonu, Lökbatan qəsəbə sakini, 1969-cu il təvəllüdlü Fərəcov Nazim Gülverdi oğlu idarə etdiyi "VAZ - 2107"markalı avtomobillə Abşeron rayonu, Qobu qəsəbəsində hərəkətdə olarkən Qurbanməhəmmədov Mövləddin Aslan oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində N.Fərəcov ölüb, M.Qurbanməhəmmədov isə xəsarət alıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanıb.(trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm