Bakı-Quba yolunda dəhşətli qəza – Ölən və yaralanan var (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Bakı-Quba yolunda dəhşətli qəza – Ölən və yaralanan var (YENİLƏNDİ)

Daxili İşlər Nazirliyi Siyəzəndə baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 17-də saat 19 radələrində Siyəzən rayonunun Zarat kəndi ərazisində Sumqayıt şəhər sakini F.Quliyevin idarə etdiyi “KİA” markalı minik və Abşeron rayon sakini A.İmaməliyevin idarə etdiyi “Ford” markalı yük avtomobilləri toqquşub.

Nəticədə F.Quliyevin sərnişini, Xızı rayon sakini Natiq İlyasov hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

*****

09:00

Bakı-Quba yolunda ağır avtomobil qəzası baş verib.

Publika.az xəbər verir ki, magistralın 86-cı kilometrliyində - Siyəzən rayonu ərazisində "Ford" və "KİA" markalı avtomobillər toqquşub.

Qəza nəticəsində avtomobillərdə olan şəxslərdən 1979-cu il təvəllüdlü İlyasov Natiq Arif oğlu aldığı xəsarətlərdən vəfat edib. 1993-cü il təvəllüdlü Quliyev Fuad Firid oğlu isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm