Ziya Bünyadov prospektində dəhşətli qəza – ÖLƏN VAR/YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Ziya Bünyadov prospektində dəhşətli qəza – ÖLƏN VAR/YENİLƏNDİ

Bakıda baş vermiş ağır qəzada vəfat edən qadının kimliyi məlum olub.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 15-də saat 9 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini A.Kərimov idarə etdiyi “Toyota” markalı avtomobillə paytaxt sakini Sona Binnətəliyevanı vurub.

Xəstəxanaya yerləşdirilmiş piyada aprelin 18-də orada ölüb.

Araşdırmalar aparılır.

*****

9:09

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, Nərimanov rayonu Ziya Bünyadov prospektində “Toyota” markalı, 99 GR 374 dövlət qeydiyyat nişanlı minik avtomobili yolu keçən piyadanı vurub.

Ağır xəsarət alan 63 yaşlı qadın hadisə yerində vəfat edib.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Nizam

Oxumağa davam et
Reklam
Reklam

Gündəm