Bakı-Quba yolunda ağır qəza - ÖLƏN VAR
Bizi izləyin

Hadisə

Bakı-Quba yolunda ağır qəza - ÖLƏN VAR

Bakı-Quba yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisə baş verib.

Hadisə Siyəzən rayonu ərazisində qeydə alınıb.

Belə ki, Rusiya vətəndaşı, 1980-ci il təvəllüdlü Məmmədov Ramil Zakir oğlu idarə etdiyi avtomobillə hərəkətdə olan zaman avtomobil idarəetmədən çıxaraq aşıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm