Yasamal rayonunda mənzil yandı
Bizi izləyin

Hadisə

Yasamal rayonunda mənzil yandı

Bakının Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasında yanğın olub.

Publika.az "Report"a istinadən xəbər verir ki, hadisə binanın 3-cü mərtəbəsində, Muxtar Mollayevə məxsus mənzildə baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadaları və təcili tibbi yardım maşını cəlb edilib. Yanğın söndürülüb.

İlkin ehtimala görə, yanğına səbəb yuxarı mərtəbədən atılan papiros olub. Eyvanda tezalışan konstruksiyalar olduğuna görə, alov daha da yayılıb və mənzilin 2 otağı tamamilə yanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm