57 yaşlı qadını ölümcül hala salıb qaçdı - LƏNKƏRANDA
Bizi izləyin

Hadisə

57 yaşlı qadını ölümcül hala salıb qaçdı - LƏNKƏRANDA

Səhər saatlarında Lənkəran şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şəhidlər xiyabanı küçəsində yolu keçmək istəyən 57 yaşlı Rzayeva Gəncəbanı Mədət qızını maşın vuraraq, hadisə yerindən uzaqlaşıb.

Ağır bədən xəsarətləri alan şəhər sakini Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya sol bazu sümüyünün, sol və sağ qamış sümüklərinin yerdəyişən qəlpəli sınığı və sol çanaq oturaq sümüklərinin sınığı diaqnozu qoyulub. Vəziyyəti ağır olan qadın dərhal reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisəni törədən sürücünün tapılaraq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür.(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm