Mənzildən 80 yaşlı qadının meyiti tapıldı
Bizi izləyin

Hadisə

Mənzildən 80 yaşlı qadının meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1939-cu il təvəllüdlü Çukayeva Liliya Mixaylovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm