Salyanda bir nəfər çayda batdı
Bizi izləyin

Hadisə

Salyanda bir nəfər çayda batdı

Salyan rayonunun Seyidsadıqlı kəndində 1 nəfər çayda batıb.

Publika.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Salyan rayonunun Seyidsadıqlı kəndində 1 nəfərin Akkuşa çayında batması barədə məlumat daxil olub.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb olunub, axtarış aparılır.

Faktla bagli Salyan Rayon Polis Şöbəsində və FHN əməkdaşları tərafindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm