Neftçalada maşın FHN əməkdaşını vuraraq öldürdü
Bizi izləyin

Hadisə

Neftçalada maşın FHN əməkdaşını vuraraq öldürdü

Neftçala rayonunda piyadanı maşın vuraraq öldürüb.

Publika.az “Report”a istinadən xəbər verir ki, hadisə Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında baş verib.

Belə ki, rayonun Həsənabad kənd sakini, 1992-ci il Babayev Novruz Çingiz oğlu yolu keçmək istəyən zaman onu avtomobil vurub. Piyada aldığı ağır bədən xəsarətləri nəticəsində hadisə yerində dünyasını dəyişib. N.Babayevin FHN-in əməkdaşı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm