Göygöldə toyda dava - Xəsarət alanlar var
Bizi izləyin

Hadisə

Göygöldə toyda dava - Xəsarət alanlar var

Göygöl rayonunda keçirilən toy mərasimində dava olub.

Hadisə rayonun Balçılı kəndi ərazisində yerləşən şadlıq saraylarından birində qeydə alınıb.

Şadlıq sarayının ayrı-ayrı zallarında keçirilən iki toy mərasiminin qonaqları arasında mübahisə yaranıb. Mübahisə sonda toyu olan bəylərdən birinin də qatıldığı əlbəyaxa dava ilə nəticələnib. Hadisə zamanı xəsarət alanların olduğu və mübahisəyə qatılan bəyin maşınının (gəlin maşınının-red) şüşəsinin sındırıldığı bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır./report

Oxumağa davam et
Reklam
Reklam

Gündəm