Türkiyədə vəfat edən azərbaycanlı tələbə bu gün dəfn ediləcək
Bizi izləyin

Hadisə

Türkiyədə vəfat edən azərbaycanlı tələbə bu gün dəfn ediləcək

Dünən səhər saatlarında Azərbaycan Pedaqoji Universitetinin tarix fakültəsinin tələbəsi, 18 yaşlı Məhəmməd Zahid oğlu Qurbanov bir müddət əvvəl ağır vəziyyətdə yerləşdirildiyi Türkiyədəki Gülhanə Hərbi Tibb Akademiyasının hospitalında dünyasını dəyişib.

Publika.az xəbər verir ki, 18 yaşlı Məhəmmədin cənzasəi doğulub boya-başa çatdığı Salyan rayonuna gətirilib. O, bu gün dəfn ediləcək.

Qeyd edək ki, ötən ilin sentyabr ayında Məhəmməd Qurbanovda qəfil ağırlaşmış leykoz xəstəliyi aşkar olunub. Həkim konsilumunun gəldiyi nəticəyə görə, Məhəmmədin müalicəsinin yalnız Türkiyədə mümkün olduğu bildirilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın köməkliyi ilə ağır xəstəliyə düçar olmuş tələbə ötən ilin noyabr ayında Gülhanə Hərbi Tibb Akademiyasının hospitalına yerləşdirilib.

Məhəmmədin atası Zahid Məmmədov polkovnik-leytenant rütbəsində hərbçidir. Məhəmməd hazırda Salyan rayonunda yaşayan 73 yaşlı babasının adını daşıyırdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm