Gülhanədə dünyasını dəyişən tələbə Salyanda torpağa tapşırıldı - FOTOLAR
Bizi izləyin

Hadisə

Gülhanədə dünyasını dəyişən tələbə Salyanda torpağa tapşırıldı - FOTOLAR

Ötən gün Türkiyədəki Gülhanə xəstəxanasında ağır xəstəlikdən dünyasını dəyişmiş APU-nin 1-ci kurs tələbəsi Məhəmməd Qurbanovun cənazəsi bu gün Salyan rayonunda torpağa tapşırılıb.

Publika.az virtualaz.org-a istinadən xəbər verir ki, izdihamlı dəfn mərasimində rayon ictimaiyyəti ilə yanaşı mərhumun Dövlət Sərhəd Xidmətində qulluq edən atasının zabit yoldaşları da iştirak ediblər.

Xatırladaq ki, 18 yaşlı Məhəmməd Qurbanov qəfil ağırlaşmış leykoz xəstəliyindən əziyyət çəkdiyi üçün ötən ilin noyabr ayında Gülhanə Hərbi Tibb Akademiyasının hospitalına yerləşdirilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm