Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ – 19 yaşlı oğlan öldü
Bizi izləyin

Hadisə

Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ – 19 yaşlı oğlan öldü

Bu gün Siyəzən rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Publika.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Samur-Abşeron kanalının Siyəzən rayonunun Zarat kəndi ərazisindən keçən hissəsində 2000-ci il təvəllüdlü Ələkbərov İmamyar Ağabala oğlunun batdığı barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm