Hadisə
Azərbaycanda kollec müəllimi dəhşətli hadisədə öldü - YENİLƏNDİ/FOTO
Dünən Ağdaş rayonunda baş vermiş dəhşətli yol qəzasında vəfat edən şəxsin universitetlərin birinin nəzdində fəaliyyət göstərən kollecin müəllimi olduğu məlum olub.
Publika.az xəbər verir ki, Bakı-Qazax magistral yolunun Ağdaşın Ləki qəsəbəsindən keçən 261-ci kiloemtrliyində “İveco” markalı minik avtomobili ilə “KamAZ” markalı yük maşının toqquşması nəticəsində düynasını dəyişən Vaqif Nəsibov Azərbaycan Dövlət Pedoqoji Universitetinin kollecinin müəllimi vəzifəsində çalışırmış.
Qeyd edək ki, qəza nəticəsində minik avtomobilini idarə edən 1951-ci il təvəllüdlü Vaqif Məhəmməd oğlu Nəsibovun dili dişlərinin arasında qalaraq kəsilib. O çoxlu qan itirib və ağır vəziyyətdə Ağdaş rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq V.Nəsibovun həyatını xilas etmək mümkün olmayıb.
V.Nəsibovun hipertoniyadan əziyyət çəkdiyi və hadisə zamanı qan təzyiqinin yüksəldiyi bildirilir. Vəfat edən müəllimin fotosunu təqdim edirik.
****
09:34
Ağdaş rayonunda yol qəzası baş verib.
Publika.az xəbər verir ki, dünən Bakı-Qazax magistral yolunun Ağdaşın Ləki qəsəbəsindən keçən 261-ci kiloemtrliyində “İveco” markalı minik avtomobili ilə “KamAZ” markalı yük maşını toqquşub.
Nəticədə minik avtomobilini idarə edən 1951-ci il təvəllüdlü Vaqif Məhəmməd oğlu Nəsibovun dili dişlərinin arasında qalaraq kəsilib. O çoxlu qan itirib və ağır vəziyyətdə Ağdaş rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq V.Nəsibovun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!