Bakıda 4 otaqlı ev yandı
Bizi izləyin

Hadisə

Bakıda 4 otaqlı ev yandı

Bakıda ev yanıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Sabunçu rayonunda ümumi sahəsi 108 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 25 m² sahədə, içərisində 1 ədəd kondisioner, digər otaqların taxtadan ibarət qapıları və bitişik ümumi sahəsi 12 m² olan talvarın yanar konstruksiyaları yanıb. Yüksək temperaturdan digər otaqlar və dəhliz 65 m² sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm