Azərbaycan səfirliyində yanğın olub? - RƏSMİ AÇIQLAMA
Bizi izləyin

Hadisə

Azərbaycan səfirliyində yanğın olub? - RƏSMİ AÇIQLAMA

Rusiya KİV-lərinin diplomatik korpusun binasında yanğınla bağlı yaydıqları xəbər dezinformasiyadır.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Virtualaz.org-a bildirib.

“Hazırda biz səfirlikdəyik və burada Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin dəstəyi ilə dərc edilmiş “Mədəniyyətlərin dialoqu və müasir dövrün çağırışları” kitabının təqdimat mərasimi keçirilir. Tədbir çərçivəsində həmçinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd olunur”, - P.Bülbüloğlu deyib.

Rəsmi Bakı Azərbaycanın Rusiyadakı səfirliyinin binasında yanğınla bağlı bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlara aydınlıq gətirib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Trend-ə bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

L.Abdullayeva deyib ki, Azərbaycanın Rusiyadakı səfirliyinin binasında hər hansı bir yanğın hadisəsi qeydə alınmayıb.

Qeyd edək ki, Rusiya mediası Azərbaycan səfirliyinin binasında yanğın olması ilə bağlı məlumat yayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm