Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ - 3 ölü,10 yaralı/FOTO - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ - 3 ölü,10 yaralı/FOTO - (YENİLƏNDİ)

Şəmkir rayonunda sərnişin avtobusunun "VAZ 2107" markalı avtomobillə toqquşması nəticəsində xəsaərt alan şəxslərin kimliyi məlum olub.

Hadisə nəticəsində 10 nəfər xəsarət alıb. Yaralananlar Şəmkir və Samux rayon sakinləridir.

Xəsarət alanlar:

2004-cü il təvəllüdlü Gülməmmədova Gülbahar Qüdrət qızı,

1954-cü il təvəllüdü Qəmbərova Gülsənəm İslam qızı,

1986-cı il təvəllüdlü Süleymanova Dürdanə Malik qızı,

1976-cı il təvəllüdlü Yahyayeva Ruhiyyə Rafiq qızı,

1967-ci il təvəllüdlü Məmmədova İradə Abdulla qızı,

1938-ci il təvəllüdlü Mamayeva Rübabə Hüseyn qızı,

1982-ci il təvəllüdlü Nəsibova Saidə Kamandar qızı,

1964-cu il təvəllüdlü Gülməmmədova Zinyət Qürbət qızı,

1986-cı il təvəllüdlü Həmzəyeva Nərgiz Arzuxan qızı,

1989-cu il təvəllüdlü Qarayeva Qürbət Vidadi qızıdır.

Adları qeyd olunan şəxslər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəmkir Rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər. (trend)

***

Şəmkir rayonunda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı ölən şəxslərin adları məlum olub.

"VAZ-2107" markalı avtomobilin sürücüsü, Şəmkir rayon Qaracəmilli kənd sakini, 1966-cı il təvəllüdlü Vidadi Zirəddin oğlu Gülməmmədov, onun anası 1945-ci il təvəllüdlüSücayət Seydəli qızı Gülməmmədova və onların nəvəsi 2016-cı il təvəllüdlü Ayxan Qüdrət oğlu Gülməmmədov hadisə yerində ölüblər.

***

Şəmkir rayon Qaracəmilli kəndində baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı fəhlələri daşıyan "Mercedes-Sprinter" markalı mikroavtobus aşıb.

Hərkətdə olan mikroavtobus idarəetmədən çıxaraq "VAZ-2107" markalı avtomobillə toqquşub. Zərbənin gücündən mikroabtobus aşaraq deformasiyaya uğrayıb.

Qəza nəticəsində 3 nəfər ölüb 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar “təcili yardım” avtomobilləri ilə Şəmkiir Rayon Mərkəzi Xəstəxanasına çatdırlınlar.

Faktla bağlı araşdırma aparılır. (report)

***

Şəmkir rayonu ərazisində baş verən avtobus qəzası nəticəsində 3 nəfər dünyasını dəyişib.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb: "Yaralılar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan birinin vəziyyəti ağır, 6-sının vəziyyəti isə orta ağır qiymətləndirilir. Hazırda xəstələrə tibbi yardım göstərilir".

Xatırladaq ki, Şəmkir rayonunun Qaracəmilli kəndində Şəmkir-Qaracəmilli marşrutu üzrə hərəkət edən avtobus yoldan çıxaraq aşıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm