Bakıda evdən 3200 dollar oğurlayan şəxs saxlanıldı
Bizi izləyin

Hadisə

Bakıda evdən 3200 dollar oğurlayan şəxs saxlanıldı

Paytaxtın Nəsimi rayonu ərazisindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, cari il yanvarın 16-da paytaxtın Nəsimi rayonu ərazisindəki evlərin birindən 3200 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini N.İsmayılov Qazax RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq 22-ci Polis Şöbəsinə təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm