Sumqayıtda dəhşətli qəzada 5 nəfər öldü: FHN-dən məlumat - FOTO (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Sumqayıtda dəhşətli qəzada 5 nəfər öldü: FHN-dən məlumat - FOTO (YENİLƏNDİ)

Məlumata görə, "Shacman" markalı yük maşınının sürücüsü sükan arxasında sərxoş vəziyyətdə olub və o, digər avtomobillərin yoluna çıxıb.

Qəzadan sonra onun idarə etdiyi yük maşını da yoldan çıxıb və yaxınlıqdakı qəbiristanlığa girib. Sürücü düşüb qaçmaq istəyərkən saxlanılıb.

Məlum olub ki, "Mersedes" markalı avtomobildə olanlardan dördü iki ailə imiş və onlar Goranboy rayonundan əsgər görüşündən qayıdaraq Şabrana gedirmişlər.

Yol qəzası nəticəsində dünyasını dəyişənlərdən 4 nəfərinin şəxsiyyəti məlum olub.

Bunlar, Şabran sakinləri - 1987-ci il təvəllüdlü Nuriyev Vidadi Mövlud oğlu, 1960-cı il təvəllüdlü Qasımov İlham Məmmədtağı oğlu, 1972-ci il təvəllüdlü Məmmədov Amil Seyidbəy oğlu və 1974-cü il təvəllüdlü Musayev Saleh Xəlil oğludur.

***

22:13

Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıtda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Publika.az FHN-ə istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində “Mercedes” markalı minik avtomobili ilə “Shacman” markalı yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri “Mercedes” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 5 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm